Kobaxidzedən Zelenskinin sanksiya qərarına cavab | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Sanksiyaların tətbiqi Ukrayna hökumətinin vəziyyətinin nə qədər ağır olduğunu göstərir”.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kiyevin Tbilisi rəsmilərinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.
“Ukrayna hökumətinin vəziyyəti daha da ağırdır, bu qərar ölkədəki situasiyanın əks-sədasıdır”, – deyə İ.Kobaxidze bildirib.
Baş nazir məsələ ilə bağlı Kiyevdən rəsmi bildiriş almadığını da qeyd edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi barədə fərman imzalayıb.
Məlumata görə, sanksiyalar 19 nəfəri əhatə edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze, “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili, eləcə də ölkə rəhbərliyinin digər nümayəndələri Ukraynanın sanksiya siyahısına daxil edilib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
