Pleyeri seçin:
Kolumbiya Prezidenti ABŞ-dən deportasiya olunan miqrantları qəbul etmədi | İcazə vermirəm
Kolumbiya Prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.
O bu barədə “X” sosial şəbəkəsində yazıb.
“ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan təyyarələrin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-də onlara layiqli rəftar qaydaları olmalıdır”, – deyə ölkə lideri bildirib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV
- Özəl sektor üçün dollarla bağlı əməliyyatlar risk altına düşüb
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
- ABŞ ilə güclü əlaqələrin Avropa üçün vacibliyi vurğulanır, enerji xərcləri gündəmdədir
- ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır
