Kolumbiyadan geri addım | Trampın bu şərtləri qəbul edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Kolumbiya hökuməti ABŞ tərəfinin deportasiya etdiyi miqrantların qeyd-şərtsiz qəbulu üçün Prezident Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Xəbərdə bildirilib ki, Kolumbiya hökuməti ABŞ-dən deportasiya edilmiş bütün kolumbiyalı qeyri-qanuni miqrantların qəbulu, o cümlədən ABŞ hərbi təyyarələrinin məhdudiyyətsiz qəbul edilməsi də daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb.
Ağ Evin belə bir bəyanatından sonra Kolumbiya xarici işlər naziri Luis Gilberto Murillo brifinq təşkil edərək məsələyə aydınlıq gətirib:
“Kolumbiya hökuməti bildirir ki, biz ABŞ hökuməti ilə aramızda yaranmış anlaşılmazlığı yoluna qoya bildik. Yaxın zamanda mən və ABŞ-dəki səfirimiz Daniel Qarsiya Penya Amerikaya səfər edəcəyik. Kolumbiya hökuməti Prezident Gustavo Petronun rəhbərliyi altında Amerikadan deportasiya edilmiş insanların ölkəyə gətirilməsi üçün təyyarələr göndərəcək. Bu, onların geri dönüşünü asanlaşdıracaq. Kolumbiya vətəndaşlarımızın hüquqlarını, milli maraqlarını və ləyaqətini təmin etmək üçün diplomatik əlaqələr qurmağa tam hazırdır”.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
