Konqoda kütləvi etiraz aksiyası | Xalqı yoran səbəblər üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Konqo Demokratik Respublikasının paytaxtında nümayişçilər ABŞ, Fransa, Uqanda və Kenya səfirlikləri qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar beynəlxalq ictimaiyyətin ölkənin şərqindəki vəziyyətin həllinə daha çox müdaxiləsini tələb ediblər.
Xarici medianın məlumatına görə, bir müddət əvvəl nümayişçilər Ruandanın bu ölkədəki səfirliyinə hücum edərək onu dağıdıblar.
Nümayişçilər Ruandanın şərq əyalətinin paytaxtı Qomanı ələ keçirən “23 Mart Hərəkatı” üsyançılarını dəstəkləyən ölkələrin səfirliklərini hədəfə alıblar.
“Bütün bunlar Ruandaya görədir. Ruandanın Fransa, Belçika, ABŞ və digərləri ilə ortaq iş birliyi Konqo xalqını artıq yorub. Biz neçə dəfə ölməliyik?”, – deyə etirazçılardan biri qeyd edib.
Etirazlar zamanı təkərlərin yandırılması və polisin gözyaşardıcı qazdan istifadə etməsi nümayişləri daha da alovlandırıb. Etirazlar nəticəsində azı 25 nəfər ölüb.
“Bizim qəzəbimizi ifadə etməyə tam haqqımız var, amma gəlin bunu sülh yolu ilə edək”, – deyə təhlükəsizlik əməkdaşlarından biri çağırış edib.
#Etiraz aksiyası teqi istifadə olunub
- Nümayişdə 10 min adam iştirak edib
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
