Pleyeri seçin:

Korotçenko Tramp və Putin arasındakı telefon danışığını şərh etdi | Bir saat yarım davam edən zəng

13 fevral 2025 486 baxış

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı siyasi nizamlanmaya yol açır. Bu o deməkdir ki, Rusiya artıq ABŞ üçün bir nömrəli hərbi rəqib deyil.

Bunu rusiyalı politoloq İqor Korotçenko iki ölkə liderləri arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

“Danışıq Rusiya və ABŞ-də cəza çəkən şəxslərin mübadiləsini apardıqdan sonra mümkün oldu. Bu jest telefon danışığının müqəddiməsinə çevrildi.

Söhbət 1 saat yarım davam etdi. Amma ən əsası bu söhbət Kremllə Ağ Ev arasında Ukrayna ətrafında vəziyyətin həllinə yanaşmaların axtarışı ilə bağlı birbaşa ünsiyyətə yol açır. Eyni zamanda D.Tramp Administrasiyasının belə bir sülh planı yoxdur. Əslində, indi müəyyən meyarlar dəsti formalaşacaq ki, biz onlarla danışıqlar masası arxasına əyləşə biləcəyik”, – o bildirib.

O, Rusiyanın hərtərəfli yanaşmada israrlı olacağını vurğulayıb:

“Sadəcə olaraq cəbhə xəttində vəziyyəti dondurmaq və ya Volodimir Zelenskini Rusiyanın işğal olunmuş ərazilərini, o cümlədən yeni subyektlərin ərazilərini tərk etməyə məcbur etmək Moskvanın mövqeyi deyil, biz daha geniş kontekstdə təhlükəsizlik haqqında düşünməliyik.

Rusiyada isə bunu başa düşmək əsaslı şəkildə vacibdir. Ən əsası odur ki, ABŞ dostumuz deyil, o, geosiyasi hərbi düşməndir. Sadəcə ABŞ-nin indiki Prezidentinin dövründə onun bir qədər fərqli prioritetləri var. Rusiya potensial hədəf və ya hərbi rəqib, bir nömrəli siyasi düşmən kimi birinci yerdə deyil. Bu rol indi Çinə keçir”.

İ.Korotçenko qeyd edib ki, fevralın 14-dən 16-na kimi baş tutacaq və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin qatılacağı Münhen Təhlükəsizlik Konfransında qapalı müzakirələrdə Ukrayna ətrafında baş verəcəklər barədə “beyin fırtınası” aparılacaq:

“Aydındır ki, burada Avropa İttifaqı və ABŞ-nin konsensus mövqeyi hazırlanacaq və sonra bu, bir növ V.Zelenski rejimi ilə razılaşdırılacaq. Avropa İttifaqı ölkələrinin yanaşması D.Trampı qane etməsə, o, sadəcə onları kobudcasına alçaldacaq”.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 486 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 486 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 486 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 486 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 486 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 486 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 486 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 486 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 486 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 486 baxış
Seçilmişlər
icon