Pleyeri seçin:
Kosovoda məhkəmə qərarına etiraz edənlərlə polis arasında toqquşma yaşanıb
Kosovonun Priştina şəhərində müharibə cinayətləri məhkəməsinin səlahiyyətlərini məhdudlaşdıracaq qanun dəyişikliklərinə qarşı etiraz aksiyası keçirilib.
Nümayişçilər parlament və hökumət binalarının girişlərini bağlayaraq deputatların təklif olunan dəyişiklikləri yenidən səsverməyə çıxarmasını tələb ediblər.
Aksiya zamanı etirazçılar polis əməkdaşlarına daş və fişəng atıblar. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Nümayişçilər Kosovo Azadlıq Ordusunun keçmiş döyüşçülərini müdafiə edən qanunun qəbulunu istəyirlər.
Təklif olunan dəyişikliklər həbs cəzasının maksimum 15 il müəyyənləşdirilməsini və təqsirləndirilən şəxslərin Kosovonun Ali Məhkəməsinə müraciət etməsini nəzərdə tutur.
Kopyalandı
#Kosovo teqi istifadə olunub
- Kosovoda növbədənkənar parlament seçkilərinə səsvermə keçirilir
- “Türk pilotsuz təyyarələri ölkəyə çatdırıldı” | Kosovo və Serbiya arasında gərginlik
- Etirazlar barədə rəqiblər - Xorvatiya və Kosova nə düşünür? | Detallar açıqlandı
- Serbiyada dövlət çevrilişi gözlənilir? | Ölkədə vəziyyət gərginləşir
- Ərdoğan Kosovo və Metoxiyadakı vəziyyətlə maraqlanıb
