Pleyeri seçin:
“Türk pilotsuz təyyarələri ölkəyə çatdırıldı” | Kosovo və Serbiya arasında gərginlik
Türkiyənin tanınmamış Kosovo Respublikasına minlərlə "Skydagger" kamikadze dronu təhvil verməsi Serbiya ilə münasibətlərdə ciddi gərginlik yaradıb. Serbiya Prezidenti Aleksandar Vuçiç bu addımı BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, Türkiyəni Priştinanı silahlandırmaqda və Osmanlı İmperiyasını bərpa etmək arzusunda olmaqda ittiham edib. Kosovo Baş naziri Albin Kurti isə dronların təhvil verildiyini təsdiqləyərək, ölkəsinin Serbiya tərəfindən gələn təhlükələrə qarşı hər zaman hazır olacağını bildirib. Sursat zavodu və PUA laboratoriyasının inşası üzrə Türkiyə ilə əməkdaşlıq planları da açıqlanıb.
Kopyalandı
#Kosovo teqi istifadə olunub
- Kosovoda məhkəmə qərarına etiraz edənlərlə polis arasında toqquşma yaşanıb
- Kosovoda növbədənkənar parlament seçkilərinə səsvermə keçirilir
- Etirazlar barədə rəqiblər - Xorvatiya və Kosova nə düşünür? | Detallar açıqlandı
- Serbiyada dövlət çevrilişi gözlənilir? | Ölkədə vəziyyət gərginləşir
- Ərdoğan Kosovo və Metoxiyadakı vəziyyətlə maraqlanıb
