Kreml müharibəni dayandırmasa, Ağ Ev nə edəcək? - İki Donalddan iki fərqli bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynadakı döyüşlər yaxın vaxtlarda dayandırıla bilər, amma bu, Rusiyadan gələn təhlükənin aradan qaldırılması demək deyil”.
Tvp.info-nun məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib.
O, Rusiya təhlükəsi fonunda Polşa ordusunun da müasir standartlara cavab verməsi istiqamətində işlərin aparıldığını açıqlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada savaşın dayandırılması üçün Rusiyaya verdiyi 50 gün vaxtı azaldıb. Şotlandiya səfəri zamanı Tramp Vladimir Putində məyus olduğunu və Moskvaya 10 gün vaxt verdiyini bildirib. Kreml savaşı dayandırmasa, Ağ Evin ağır sanksiyaları ilə üzləşəcək. Amma Polşanın Baş naziri Donald Tuskdan fərqli olaraq Donald Tramp Rusiyanın müharibəni yaxın vaxtlarda dayandıracağına şübhəli ilə yanaşdığını qeyd edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
