Kremlin danışıqlar üçün planı yoxdur? | Peskovdan mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı problemlərin danışıqlar yolu ilə həll edilməsinə hazır olduğunu dəfələrlə bəyan edib”.
“Reuters”in məlumatına görə, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O əlavə edib ki, təmas üçün maneələri aradan qaldırmaq lazımdır. Hazırda isə “danışıqlar üçün konkret planlar mövcud deyil”.
Bildirək ki, ABŞ-nin vasitəçiliyi ilə baş tutan danışıqların əsas mövzusu atəşkəslə bağlı olub. Burada müəyyən obyektlərin hava zərbələrinə məruz qalmaması da müzakirə edilib.
“Bu istiqamətdə razılaşma önəmlidir. Amma Rusiya üçün PUA və uzaqmənzilli raketlərin istifadə edilməməsi qəbuledilməzdir”. Bunu isə “Kiyev 24” telekanalının efirində Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, hərbi ekspert İvan Stupak deyib.
İ.Stupakın fikrincə, Rusiya yalnız PUA hücumlarının dayandırılması ilə razılaşa bilər.
“Buna səbəb Ukraynanın Rusiya qədər uzaqmənzilli raketlərə sahib olmamasıdır. Neptun raketlərinin də sayı məhduddur. Amma Ukraynanın raket arsenalı zəngin olsa və Rusiya intensiv atəşə tutulsa, bu halda Moskva hücumların məhdudlaşdırılması ilə razılaşar”, ‒ deyə İ.Stupak bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə mülki infrastruktura dron və raket hücumlarının 30 sutkalıq dayandırılmasını təklif edib. Bu bəyanat “Pasxa atəşkəsi”ndən sonra səsləndirilib. Vladimir Putin bu təkliflə bağlı bildirib ki, Ukrayna hərbi hədəfləri gizlətmək üçün mülki obyektlərdən istifadə edir.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
