Pleyeri seçin:

Krıma dron zərbələri sensasiya yaratdı | Putin çıxılmaz vəziyyətdə qalıb? - Baku TV

29 iyun 2026 305 baxış

Ukraynanın işğal altındakı Krımda hərbi, enerji və logistika infrastrukturuna endirdiyi zərbələr Rusiya Prezidenti Vladimir Putini yeni riskli addımlar atmağa sövq edə bilər.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Məqalə müəlliflərinə görə, Krım tarixən Rusiyanın qonşuları və Qərblə qarşıdurmasının əsas nöqtələrindən biri olub. Moskva 2014-cü ildə yarımadanı ilhaq etdikdən sonra ərazi üzərində nəzarətini Qərbin ciddi hərbi reaksiyası olmadan möhkəmləndirə bilib. Həmin dövrdə NATO-nun yalnız sanksiyalar və siyasi bəyanatlarla kifayətlənməsi Kremldə belə bir təsəvvür yaratmışdı ki, Ukrayna ərazilərinin işğalı ciddi nəticələr doğurmayacaq. Amma Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından sonra vəziyyət dəyişdi.

Ukrayna son günlərdə Krıma dron zərbələrini intensivləşdirib, bu da yarımadadakı Rusiya hərbi infrastrukturunun fəaliyyətini xeyli çətinləşdirib. Hətta yarımadada fövqəladə vəziyyət rejimi də elan olunub. Məqalə müəlliflərinin fikrincə, Ukrayna və tərəfdaşları üçün bu vəziyyət Ukraynanın zərbələrinin effektivliyinin, Rusiyanın təcavüzünün uğursuzluğunun göstəricisi sayıla bilər. Amma əsas sual Kremlin buna necə reaksiya verəcəyidir.

Məqalədə vurğulanır ki, Putin artıq müharibə ilə bağlı informasiya məkanına nəzarəti itirmək problemi ilə üzləşib. Ukrayna dronları getdikcə daha tez-tez Rusiyanın iri şəhərlərindəki hədəfləri vurur, bu səbəbdən Moskva əhalini müharibənin “uğurla getdiyinə” inandırmaqda çətinlik çəkir.

“The Telegraph” yazır ki, əsas narahatlıq Putinin təhlükəli eskalasiyaya əl ata biləcəyi ilə əlaqəlidir. Bura Kiyevə hücumların gücləndirilməsi, hətta taktiki nüvə silahından istifadə ehtimalı da daxildir.

“NATO liderləri gələn ay Türkiyənin paytaxtı Ankarada keçiriləcək sammitdə Moskva ilə mümkün qarşıdurmaya hazır olmalıdırlar. Bu, Donald Trampa da aiddir”, – nəşr əlavə edir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 305 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 305 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 305 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 305 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 305 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 305 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 305 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 305 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 305 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 305 baxış
Seçilmişlər
icon