Kuba hökuməti tezliklə çökəcək | Donald Tramp - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kuba yenidən bütün ölkə üzrə elektrik enerjisinin kəsilməsi ilə üzləşib.
Bu barədə ölkənin dövlət energetika şirkəti "Telegram" kanalında məlumat yayıb.
Energetika Nazirliyi bildirib ki, 10 milyondan çox insan işıqsız qalıb.
Son kəsintidən bir qədər əvvəl dövlətə məxsus elektrik şirkəti sosial mediada bildirib ki, axşam pik saatlarda ölkədə 1704 meqavatlıq enerji çatışmazlığı gözlənilir.
Qeyd edək ki, Kuba martın 16-da baş verən ümumölkə elektrik şəbəkəsinin çökməsindən sonra hələ də bərpa mərhələsində idi. Bundan da əvvəl Kuba energetikasında analoji irimiqyaslı qəza martın 4-də baş vermişdi. Bu, ABŞ-nin bu ilin əvvəlində Venesueladan yanacaq tədarükünü məhdudlaşdırmağa başlamasından sonra baş verən ilk belə hadisə idi.
ABŞ Prezidenti Donald Tramp son həftələrdə Kuba ilə bağlı tez-tez açıqlamalar verərək kommunist hökumətinİN tezliklə çökəcəyini proqnozlaşdırıb. O hətta adanı ələ keçirmək şərəfinə sahib olub-olmayacağını düşündüyünü də bildirib.
#Kuba Respublikası teqi istifadə olunub
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Silahlı qüvvələrə yönəldilən pulun məbləği rekord həddə çatıb
- ABŞ İrandan sonra bu ölkə ilə münaqişəyə başlayacaq? - Baku TV CANLI
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- Kubanın sabiq lideri bir sıra qətllərdə ittiham edilir
