Kürd problemi həll edilir? - Ərdoğana təcili məlumat verildi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə fəaliyyəti qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan PKK aprel ayının sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.
Bu haqda “Hürriyet” qəzeti məlumat yayıb.
Hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib ki, uzunmüddətli kürd probleminin həllində əhəmiyyətli irəliləyişlər ola bilər.
Kürdpərəst Xalqların Bərabərlik və Demokratiya Partiyası partiyasının nümayəndələri isə aprelin 22-də terrorçuluq fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər.
“Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın aprel ayının sonuna qədər silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq barədə qərar qəbul edəcəyi barədə məlumatlandırılıb”, ‒ deyə məqalədə qeyd olunub.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
