Pleyeri seçin:
Latviya Putinin təyyarəsinə öz hava məkanından uçmağa icazə verməyəcək
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Latviya dövləti Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin ölkənin hava məkanından keçməsinə qəti şəkildə icazə verməyəcəyini bəyan edib. Latviya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh yaratmaq cəhdləri dəstəklənsə də, Rusiyanın hələ də real sülhə hazır olması barədə heç bir əlamət yoxdur. Nazirlik vurğulayıb ki, Ukraynadakı hərbi cinayətlərə və beynəlxalq hüququn pozulmasına görə birbaşa məsuliyyət daşıyan şəxsin Latviya səmasından istifadə etməsi qeyri-mümkündür. Bu qərar, Tramp və Putinin Budapeştdə gözlənilən mümkün görüşü fonunda verilib.
Kopyalandı
