Lavrov kimi günahlandırdı? | Yaxın Şərqdəki münaqişə genişlənir
“Yaxın Şərqdə “zorakılıq qövsü” genişlənib və İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair “TASS”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində xroniki gərginlik və münaqişələrin alovlanmasının təkrarlanması əsasən ABŞ-nin məsuliyyətsiz hərəkətlərinin nəticəsidir.
“Qeyd olunan amillərin birləşməsi ötən ilin oktyabrında Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin qeyri-sabitləşməsinə səbəb olub. O vaxtdan bəri Fələstin-İsrail münaqişəsi zonasından zorakılıq qövsü Livan və Qırmızı dənizə qədər uzanıb”, – deyən nazir həmçinin bildirib ki, Moskva Gürcüstanın hazır olduğu dərəcədə Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırdır.
S.Lavrov vurğulayıb ki, Rusiya Gürcüstanın daxili işlərinə qarışmaq fikrində deyil.