Lavrov və Mirzoyan arasında maraqlı dialoq | Bu sual mənə yox, sizə ünvanlanıb...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən birgə mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb.
Belə ki, jurnalistlərdən biri İrəvan rəsmisinə ölkəsinin Avropa İttifaqına üzvlük layihəsi ilə bağlı sual ünvanlayıb.
“Ermənistan hökuməti Aİ-yə üzvlüklə bağlı hansı müddətə ümid edir? Eyni zamanda Avrasiya İqtisadi İttifaqına üzvlüyü bir araya necə sığışdırmaq niyyətindədir?” sualından sonra rusiyalı jurnalist S.Lavrova sual ünvanlamaq istəyib.
Bu zaman S.Lavrov A.Mirzoyanın birinci sualı cavablandırmasını təklif edib: “Qoy bu suala Ararat Samveloviç cavab versin!”. A.Mirzoyanın sözügedən təklifə reaksiyası isə belə olub: “Sergey Viktoroviçin cavabı bundan asılıdır?”.
S.Lavrov isə A.Mirzoyanın kinayəli cavabına qarşılıq olaraq “Yox, bu sual mənə yox, ancaq sizə ünvanlanıb”, – deyə cavab verib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin başçısı ittifaqa üzvlüklə bağlı qanun layihəsinin ictimai sənəd olduğunu deyib. A.Mirzoyan bildirib ki, sənəddə konkret müddət və mexanizmlərdən söhbət getmir.
Nazirin sözlərinə görə, həmin layihə vətəndaş cəmiyyətinin təşəbbüsü olaraq formalaşıb. Ermənistan Xarici İşlər Nazirliyi başçısının suala ətraflı cavab verə bilməməsi onun narahatlığını açıq şəkildə üzə çıxarıb.
“Bundan sonra nə olacaq, onu o vaxt gələndə həll edəcəyik. Bunu müzakirə etmək mənlik deyil. Əgər məsələ o kontekstdə qoyulsa, yəqin ki, baxmaq lazım olacaq”, – deyə A.Mirzoyan vurğulayıb.
#Ararat Mirzoyan teqi istifadə olunub
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Mirzoyan ölkəsi ilə Türkiyə arasında münasibətlərin normallaşmasından danışdı
- Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı
