Pleyeri seçin:
Lukaşenko Putinə tərif "yağdırdı" | "Paşinyan bunu bilsin ki..."
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Prezidenti Aleksandr Lukaşenko Qlobal Atom Forumundakı çıxışı zamanı Rusiyanın dəstəyi ilə ölkəsinin nüvə dövlətinə çevrildiyini bəyan edib. Lukaşenko Belarusda AES tikintisinə görə həmkarı Vladimir Putinə xüsusi təşəkkürünü bildirərək, bu sahədə qazanılan təcrübəni tərəfdaş ölkələrlə bölüşməyə hazır olduqlarını vurğulayıb. Çıxışı zamanı o, Ermənistanın Baş naziri Nikol Paşinyana səslənərək, Ermənistanın atom enerjisi sahəsində dəstəyə ehtiyacı olarsa, Belarus və Rusiyanın birlikdə AES tikintisi və keyfiyyət zəmanəti məsələlərində kömək etməyə hazır olduğunu qeyd edib. Belarus lideri bu addımın həm də beynəlxalq hüquq prinsiplərinə tam uyğun şəkildə həyata keçirildiyini xüsusi qeyd edib.
Kopyalandı
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
