Lukaşenkodan hərbçilərə göstəriş | Vətəndaşlara atəş açılacaq!
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ əldə ediblər.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko göstəriş verib.
Onun göstərişinə əsasən, Belarus Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin 11-ci maddəsi dəyişdirilib.
Yeni sənədə görə, hərbi qulluqçular onlara həvalə edilmiş tapşırıqları yerinə yetirərkən mövcud vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və cinayətkarın şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək hüququna malikdirlər.
Silahdan istifadə nəticəsində vətəndaşların xəsarət alması və ya ölməsi barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilməlidir. Hərbi qulluqçular ümumi hərbi nizamnamələrin tələblərinə uyğun hərəkət etdikdə dəymiş zərərə görə məsuliyyət daşımayacaqlar.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
