Macarıstanda Ukrayna ilə bağlı vacib iclas
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının sammitində növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiqləmək mümkün olmayıb.
Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel sammitin birinci gününün yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, məsələ növbəti ilin yanvarında bir daha müzakirəyə çıxarılacaq:
“Bu mövzuya dair dinləmələrimiz yekunlaşdı. 26 ölkənin nümayəndə heyəti Ukraynaya dəstək planımızı dəstəkləsə də, yalnız 1 ölkə bu planın həyata keçirilməsinin əleyhinə səs verdi. Macarıstanın fikrini dəyişəcəyinə və 26 ölkə ilə həmfikir olacağına ümidvarıq.
Yanvar ayında bu mövzu tərəfimizdən bir daha müzakirə ediləcək. Onu qeyd edim ki, proqramda Ukraynaya dəstək, həmrəylik fondu, müdafiənin bütün komponentləri var. Biz bu mövzuya yanvarda qayıdacağıq və əminəm ki, konsensusa nail olacağıq”.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban daha əvvəl Ukraynanın Avropa İttifaqında üzvlüyü ilə bağlı danışıqların başlaması qərarına da etiraz edib. Hətta məsələ liderlər tərəfindən müzakirəyə çıxarılan zaman zalı tərk edib.
O qeyd edib ki, rəsmi Kiyevin təşkilata üzvlüyünə mane olmaq üçün Macarıstanın bundan sonra hələ 75 dəfə imkanı olacaq. Baş nazir onu da əlavə edib ki, Budapeşt lazım gələrsə, bu prosesi dayandıra biləcək.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
