Pleyeri seçin:

Maduro Trampa meydan oxudu | Venesuelada fövqəladə vəziyyət elanının əsl səbəbi

09 aprel 2025 559 baxış

Venesuela Prezidenti Nikolas Maduro ölkədə 60 günlük fövqəladə iqtisadi vəziyyət elan edib.

Bu qərar ölkənin iqtisadi sabitliyinin təmin olunması və daxili istehsalın dəstəklənməsi məqsədilə qəbul olunub.

Maduro bildirib ki, bu addım ABŞ tərəfindən Venesuelaya qarşı aparılan “iqtisadi müharibə”yə cavab olaraq atılıb. O, ABŞ-nin sanksiyalarını və digər təzyiq metodlarını Venesuelanı diz çökdürmək cəhdi kimi qiymətləndirib.

“Biz müstəqilliyimizi və iqtisadi suverenliyimizi qorumaq üçün bütün tədbirləri görəcəyik. Bu fövqəladə vəziyyət rejimi milli istehsalçılarımıza və xalqımıza dəstək məqsədi daşıyır”, – deyə Prezident vurğulayıb.

Fövqəladə vəziyyət çərçivəsində hökumətə iqtisadi sahədə daha geniş səlahiyyətlər verilir. Bu müddətdə dövlət orqanları daxili bazarın tənzimlənməsi, idxal və ixrac siyasətinin yenidən qurulması, ərzaq və əsas məhsulların istehsalına nəzarət kimi sahələrdə təcili qərarlar qəbul edə biləcək.

Müşahidəçilər hesab edirlər ki, Maduro hökuməti bu addımı ölkədə davam edən dərin iqtisadi böhranın qarşısını almaq və sosial narazılığı azaltmaq məqsədilə atıb. Ölkədə inflyasiya səviyyəsi yüksəkdir, əhali ərzaq və dərman çatışmazlığından əziyyət çəkir. ABŞ sanksiyaları isə neft ixracatına ciddi zərbə vurub və dövlət gəlirlərini kəskin azaldıb.

Maduro dəfələrlə bildirib ki, ABŞ-nin siyasəti Venesuela xalqını cəzalandırmağa yönəlib və onun hökuməti bu təzyiqlərə qarşı dirəniş göstərəcək.

Hazırda ölkədə müxalif qüvvələr bu qərarı avtoritar rejimin daha da sərtləşməsi kimi dəyərləndirir və yeni aksiyalar planlaşdırdıqlarını bəyan ediblər.

Gözlər Venesuelada baş verəcək proseslərə yönəlib. ABŞ-dən və beynəlxalq ictimaiyyətdən gələcək reaksiya isə yaxın günlərdə siyasi temperaturu daha da yüksəldə bilər.

Banner
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 559 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 559 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 559 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 559 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 559 baxış
Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi

Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi

Dünya
25 oktyabr 2026 559 baxış
Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI

Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 559 baxış
"Pirelli" təqvimində Hindistan gözəlliyi

"Pirelli" təqvimində Hindistan gözəlliyi

Dünya
25 oktyabr 2026 559 baxış
Rəngarəng yürüş mərhumların xatirəsinə həsr edilib

Rəngarəng yürüş mərhumların xatirəsinə həsr edilib

Dünya
25 oktyabr 2026 559 baxış
"Saudi Aramco" və hava limanları vuruldu

"Saudi Aramco" və hava limanları vuruldu

Dünya
25 oktyabr 2026 559 baxış
Seçilmişlər
icon