Pleyeri seçin:

Maduronun hakimiyyətdə qalması Venesuelada vəziyyəti gərginləşdirir | Trampdan hədə dolu çıxış

30 noyabr 2025 495 baxış

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu vəzifəsini tərk etmədiyi təqdirdə Vaşinqtonun güc tətbiqi də daxil olmaqla digər variantları nəzərdən keçirə biləcəyi barədə xəbərdar edib.

“The Wall Street Journal”ın iddiasına görə, Ağ Ev Administrasiyası N.Maduronu legitim lider saymır. ABŞ rəhbərliyi onun hakimiyyətdə qalmasının Venesuelada vəziyyəti daha da gərginləşdirdiyini bildirir.

D.Tramp daha əvvəl Vaşinqtonun quruda Venesueladan gələn narkotik ticarəti ilə mübarizəyə başlayacağını söyləyib, lakin mümkün hərbi əməliyyatlar barədə ətraflı məlumat verməyib.

Venesuela isə ABŞ-nin ölkənin hava məkanına dair davranışlarını kəskin tənqid edərək Vaşinqtonu beynəlxalq hüquqa əməl etməyə çağırıb. Bu barədə ölkə hökuməti bəyanat yayıb.

Karakas ABŞ Prezidenti Donald Trampın açıqlamalarında güc tətbiqi hədələrini və ölkənin suverenliyinə, ərazi bütövlüyünə və aviasiya təhlükəsizliyinə risk gördüyünü bildirib.

Venesuela hökuməti beynəlxalq ictimaiyyətə, dünyanın suveren dövlətlərinə, eləcə də BMT və müvafiq çoxtərəfli qurumlara müraciət edərək ABŞ-nin bu addımını qəti şəkildə pisləməyə çağırıb.

Qeyd edək ki, Amerika mediası ABŞ-nin tezliklə Venesuela ərazisinə zərbələr endirə biləcəyi barədə məlumat yayıb. 

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 495 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 495 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 495 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 495 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 495 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 495 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 495 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 495 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 495 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 495 baxış
Seçilmişlər
icon