Pleyeri seçin:
Mahaçqala aeroportundakı etirazla bağlı Rusiyanın dövlət qurumları məlumat yaydı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dağıstanın paytaxtı Mahaçqaladakı hava limanında baş verən son insidentlərlə əlaqədar bir sıra yeni faktlar ortaya çıxıb.
Belə ki, iğtişaşlarda iştirak edən bütün şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunacağı bildirilib.
Hadisələrlə əlaqədar operativ qərargah yaradılıb. Artıq hava limanına daxil olan şəxslər oradan çıxarılıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb. Bəzi mənbələr indiyədək 4 etirazçının saxlanıldığını bildirib.
Həmçinin Mahaçqaladakı hava limanı noyabrın 6-dək fəaliyyət göstərməyəcək. Bu barədə isə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Telegram” kanalında məlumat yayıb.
Kopyalandı
#Mahaçqala hava limanı teqi istifadə olunub
- Hava limanındakı yəhudiləri gözləyən çeçenlərlə bağlı əmr gəldi
- Putindən Dağıstanda baş verənlərlə bağlı açıqlama
- Putin geniş heyətlə iclas keçirəcək: Mahaçqala hadisəsi müzakirə olunacaq
- Kremldən sensasiya: Mahaçqala insidentində kənar müdaxilə olub?
- Rusiya DİN: Mahaçqaladakı etirazçılar məsuliyyətə cəlb olunacaq
