Pleyeri seçin:

Mahsun Kırmızıgülün xəstəxanaya müraciət etməsinin səbəbi | Məşhur sənətçinin son vəziyyəti

24 aprel 2025 765 baxış

Qısa müddət ərzində həm anasını, həm ögey anasını, həm də yaxın dostunu itirən məşhur sənətçi Mahsun Kırmızıgül yaşadığı güclü stresin ardından ürək döyüntülərinin artması səbəbi ilə xəstəxanaya müraciət edib.

Bütün bu emosional yüklənmə və stres nəticəsində M.Kırmızıgül ötən günlərdə ürək çırpınması şikayəti ilə İstanbul Bakırköy Dr. Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. Xüsusilə Volkan Konakın səhnədə qəfil infarkt keçirməsi və dünyasını dəyişməsi M.Kırmızıgülü öz səhhətini ciddiyə almağa vadar edib.

"Milliyet" qəzetinin xəbərinə görə, Kardiologiya şöbəsində aparılan yoxlamalar nəticəsində sənətçinin səhhətində ciddi bir problem olmadığı müəyyən edilib. Hətta xəstəxanadan çıxmazdan əvvəl onu müayinə edən tibb işçilərinin xatirə fotosu istəklərini də geri çevirməyib.

Son vaxtlar yaşadığı itkilərlə medianın diqqət mərkəzində olan Mahsun Kırmızıgülün bir müddət dincələrək mənəvi gücünü bərpa etməyə çalışacağı bildirilir.

Qeyd edək ki, Mahsun Kırmızıgülün 99 yaşlı anası Faike Arık 2024-cü ilin 6 dekabrında vəfat edib. Bu itkidən qısa müddət sonra isə ögey anası Zühre Bazencir dünyasını dəyişib.

Duyğularını sosial şəbəkədə bölüşən M.Kırmızıgül “İçim yanır” sözləri ilə kədərini ifadə edib. Lakin itkilər bununla bitməyib. M.Kırmızıgül ustad sənətçi Edip Akbayramın və daha sonra çox yaxın dostu Serşat Erbilginin ölüm xəbərləri ilə bir daha dərin hüzn yaşayıb.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 765 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 765 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 765 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 765 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 765 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 765 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 765 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 765 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 765 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 765 baxış
Seçilmişlər
icon