Makron bütün Avropanı hərəkətə keçirir | Rusiya ilə bağlı təhlükə var, yoxsa...?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqını (Aİ) Rusiya ilə etimadı bərpa etmək üçün təhlükəsizlik sistemi yaratmağa çağırıb.
NATO-nun Haaqadakı sammitində çıxış edən Makronun sözlərinə görə, Avropa hazırda təhlükəsizlik baxımından Rusiyadan geridədir və bu fərqi aradan qaldırmaq üçün qısamüddətli silahlanma vacibdir.
Bununla belə, Makron vurğulayıb ki, davamlı təhlükəsizlik yalnız silah gücü ilə təmin edilə bilməz:
“Bu gün silahlanmaq məcburiyyətindəyik. Amma sabah hansı təhlükəsizlik arxitekturasında yaşamaq istədiyimizi də düşünməliyik”, – deyə o bildirib.
Prezident Makron Soyuq müharibə dövründə olduğu kimi silahların yayılmasına məhdudiyyətlərin qoyulmasını vacib sayır.
Makron Avropanı Rusiya ilə dialoq aparmağın mümkün şərtlərini yenidən nəzərdən keçirməyə və qarşılıqlı etimadı bərpa etməyə çağırıb. O əlavə edib ki, Avropa həm özünü müdafiə etmək üçün nə qədər irəli getməyə hazır olduğunu, həm də uzunmüddətli sabitlik üçün hansı şərtlərlə danışıqlar aparıla biləcəyini müəyyən etməlidir.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
