Makron "Telegram" rəhbərinin saxlanılmasına münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron “Telegram”ın qurucusu Pavel Durovun saxlanılmasının siyasi olmadığını deyib.
Bu barədə o, “X” hesabında paylaşım edib.
“Mən burada Pavel Durovun saxlanılmasından sonra Fransa ilə bağlı yalan məlumat oxuyuram. Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa hər şeydən çox bağlıdır. Bu, belə də qalacaq. Hüquq dövlətində, real həyatda olduğu kimi, sosial şəbəkələrdə də azadlıqlar vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi üçün qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilir.
Qanunun icrasını tam müstəqil şəkildə həyata keçirmək ədliyyə sistemindən asılıdır. “Telegram” rəhbərinin Fransa ərazisində saxlanılması davam edən hüquqi araşdırma çərçivəsində baş tutub. Bu, heç bir halda siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir”, – deyə paylaşımda qeyd edilib.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
