Makron Zelenskiyə şərt qoydu | Müharibədə yeni mərhələ başlayır?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüş təyyarələri verəcəyini açıqlayıb.
O, bunu ukraynalı həmkarının Fransaya səfəri çərçivəsində edəcəyini bildirib.
“Biz yeni əməkdaşlığa qədəm qoyacağıq. Ukraynaya öz torpağını və xüsusilə də səmasını qorumağına imkan verəcək Fransa istehsalı “Mirage 2000-5” qırıcılarını təhvil verəcəyik. Daha sonra da pilotların təlim proqramı başlayacaq. V.Zelenskiyə təklif edəcəyik ki, pilotlar bu yay təlim keçsinlər. Çünki təlimlər 5-6 ay çəkir. Əgər məşğələlər vaxtında başlasa, ilin sonuna kimi yekunlaşacaq.
Lakin onu da qeyd etmək istəyirəm ki, biz onlara mülki şəxslərə hücum etmək və müharibədəki hədəflərini vurmaq üçün silahlarımızdan istifadə etməyə icazə vermirik. Yalnız və yalnız Rusiyanın zərbələrini zərərsizləşdirmək üçün buna imkan yaradırıq”, – E.Makron qeyd edib.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
