Marina Poroşenko ərinə qarşı məhkəməyə müraciət etdi | Medianı silkələyən xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun həyat yoldaşı Marina Poroşenko məhkəməyə müraciət edərək ər-arvad arasında əmlak bölgüsü tələbi ilə iddia qaldırıb.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Marina Poroşenko tərəfindən təqdim olunan məhkəmə iddiası ailə daxilində uzun müddətdir davam edən gərginliklərin açıq müstəviyə keçdiyinin göstəricisi kimi dəyərləndirilir. Hazırda tərəflərin konkret hansı əmlaklar üzərində iddia irəli sürdükləri və bölüşdürmə tələblərinin detalları ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, şokolad milyarderi kimi ad çıxaran Petro Poroşenko Ukraynanın 2014-2019-cu illərdə prezidentliyini icra edib. Onun siyasətə gəlişi isə sıradan bir iş adamının yüksəlişi kimi qiymətləndirilirdi.
P.Poroşenko əsasən şokolad biznesi ilə tanınır. O, Ukraynanın və regionun ən iri konfet və şokolad istehsalçısı olan “Roshen” konserninin sahibidir. Bu biznes imperiyası sayəsində o, siyasi karyerasından əvvəl də Ukraynanın ən varlı adamlarından biri hesab olunurdu və ona tez-tez “şokolad kralı” ləqəbi ilə istinad edilirdi.
#Ukrayna teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
