Pleyeri seçin:

Marko Rubiodan Zelenski ilə bağlı sərt açıqlamalar | Bu cür davranmasına ehtiyac yox idi...

01 mart 2025 157 baxış

ABŞ Dövlət Katibi Marko Rubio CNN-ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı sərt açıqlamalar verib.

O, V.Zelenskinin Ağ Evdə Donald Trampla görüşü zamanı sərgilədiyi mövqeyin diplomatik uğursuzluq olduğunu və Ukrayna liderinin bu vəziyyətə görə üzr istəməli olduğunu bildirib.

M.Rubionun əsas fikirlərini belə özətləyə bilərik:

- Zelenskinin o görüşə gedib bu cür davranmasına ehtiyac yox idi.

- Sülh danışıqlarına başlamaq istəyən tərəf aqressiv mövqe tutmamalıdır.

- Zelenski deyir ki, sülh istəyir, amma bəlkə də, əslində bu belə deyil.

Dövlət katibi Vaşinqton və Avropa İttifaqı arasında Ukrayna məsələsində fərqli mövqelərin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Avropa müharibənin daha bir il davam etməsini və bununla da Rusiyanı zəiflətməyi planlaşdırır. Lakin ABŞ administrasiyası bunu real hesab etmir:

- Tramp Ukraynada sülhə nail olmağa çalışacaq, hətta bu şans cəmi 1% olsa belə.

- ABŞ hakimiyyəti Ukraynaya təhlükəsizlik təminatları mövzusunu yalnız sülh sazişi imzalandıqdan sonra müzakirə edə bilər.

Buna baxmayaraq, M.Rubio D.Trampla Zelenskinin gələcəkdə münasibətləri düzəldə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, əgər Ukrayna tərəfi daha praqmatik və realist yanaşsa, Vaşinqton-Kiyev əlaqələrində yeni bir səhifə açıla bilər.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 157 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 157 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 157 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 157 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 157 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 157 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 157 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 157 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 157 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 157 baxış
Seçilmişlər
icon