Markos Perestrellodan Avropaya təcili çağırış | "Moskva sülhə səmimi yanaşmır"
Yeniliklərdən dərhal xəbərdar olun
NATO Parlament Assambleyası prezidenti Markos Perestrello gözlənilmədən Ukraynaya səfər edib.
O, Ali Radada brifinq keçirərək mühüm açıqlamalar verib. Markos Perestrello NATO-nu qəti hərəkət etməyə çağırıb.
“Ukraynaya yardım etmək üçün xüsusi fond yaratmışıq. Birincisi, biz Ukraynanın təcili ehtiyaclarını qarşılamağa davam etməliyik. Çünki Rusiya tərəfindən Ukrayna şəhərlərinin bombardmanı hər gün baş verir və mülki ölüm, dağıntılara səbəb olur. İkinci prioritet ABŞ, Avropa ölkələri və Ukraynanın ədalətli, davamlı sülh üçün birlikdə çalışmasıdır. Biz müharibəni sona çatdırmaq üçün ABŞ-nin səylərini dəstəkləyirik. Həmçinin Ukraynanın atəşkəsə hazır olduğunu nümayiş etdirdiyinə görə təqdir edirik. Amma Moskva indiyə qədər sülhə səmimi yanaşmayıb”, ‒ o qeyd edib.
Markos Perestrello həmçinin bildirib ki, Avropa təcili səfərbər olmalı və gözlənilən təhlükəyə cavab verməlidir. Onun sözlərinə görə, Böyük Britaniya və Fransa liderlərinin koalisiya planları tezliklə reallaşmalıdır. Ukraynaya yardım artırılmalıdır.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
