Marsda ancaq amerikalılar yaşayacaq? | Tramp andiçmə nitqində nə söz verib?
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanların Marsa uçması üçün heç bir texnoloji maneə yoxdur, lakin hazırlıqlar ən azı beş il çəkə bilər.
Bunu deyən Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont hazırlıq vaxtını da qiymətləndirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxışında iddialı kosmik proqram çərçivəsində amerikalı astronavtları Marsa göndərmək niyyətində olduğunu açıqlayıb.
“Əlbəttə, bu yaxınlarda buna inanmaq mümkün deyildi, lakin görünür, bu planlar hələ də həyata keçirilə bilər. Amma mən burada bəzi əlavələr edərdim. Mənə elə gəlir ki, bu, təkcə Amerika bayrağı olmayacaq. Mənə tamamilə aydındır ki, bu, beynəlxalq layihə olacaq. Layihənin beynəlxalq olması ilk növbədə ABŞ-nin maraqlarına uyğundur, çünki kosmik layihələr insanları birləşdirən bir şeydir”, – deyə alim bildirib.
N.Eysmont xatırladıb ki, 50 il əvvəl Sovet İttifaqı və ABŞ kosmik gəmilərinin birləşdirilməsi “Soyuz-Apollon” proqramı çərçivəsində baş tutub.
“İnsanların Marsa enməsi bəşəriyyəti birləşdirəcək birgə layihəyə çevrilməlidir”, – deyən N.Eysmont uçuş vaxtının 2030-cu ilə qədər hazırlana biləcəyini söyləyib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
