Mask planlarını dəyişdi | Milyarder yaxınlarına etiraf etdi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Milyarder İlon Mask yeni siyasi partiya yaratmaq planlarını səssizcə geri çəkməyə başlayıb.
Bu barədə “Wall Street Journal” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Mask yaxın çevrəsinə diqqətini əsasən öz şirkətlərinə yönəltmək istədiyini söyləyib.
O, son zamanlar vitse-prezident C.D. Venslə münasibətləri qorumağa çalışır və yaxın ətrafına etiraf edib ki, ayrıca siyasi partiya qurmaq bu münasibətlərə ciddi zərbə vura bilər.
Mənbənin bildirdiyinə görə, Mask və tərəfdarları Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə, milyarderin onun seçki kampaniyasına maliyyə dəstəyi verməsini nəzərdən keçirir.
Mask mövzu ilə bağlı geniş şərh verməsə də, “X” sosial şəbəkəsində yazıb ki, “Wall Street Journal”ın dediklərinin heç vaxt həqiqət kimi qəbul edilməməsi lazımdır.
#İlon Mask teqi istifadə olunub
- Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- “Roadster” 0-dan 100 km/saat sürətə 0.81 saniyəyə çatır
- Zelenski prezident seçimi barədə açıqlamasında Tramp və Maskın adını çəkib
- Amerikalı iş adamı sərvətinə 30,6 milyard dollar əlavə edib
