Mask Trampa trilyonlar qazandıracaq? - 6 ay vaxt veriləcək ki...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, dövlət başçısı olarsa, “Tesla” və “SpeysX” şirkətlərinin yaradıcısı İlon Maskın təklif etdiyi bütün federal sistemin auditi üçün hökumət administrasiyasının səmərəliliyini artırmaq məqsədilə xüsusi komissiya yaradacaq. Bu komissiyaya elə İlon Mask başçılıq etməlidir.
Bu barədə “Asoşeyted Press” məlumat yayıb.
“İlon Mask Trampın müttəfiqi kimi getdikcə daha fəal hərəkət edir. Bu komissiya prezidentliyə namizədlə milyarder arasında ittifaqda ən son yüksək profilli addımdır. Tramp hələ 2022-ci ildə vergi ödəyicilərinin səhv ödənişlər və fırıldaqçılıq səbəbindən yüz milyardlarla dollar itirdiyini demişdi. Buna görə də yeni komissiya saxtakarlığı və yanlış ödənişləri kökündən aradan qaldırmalı olacaq.
Respublikaçı namizədə plan hazırlamaq üçün altı ay vaxt verilir. Sonradan bu qərarla trilyonlarla dollara qənaət edilməlidir”, – məlumatda deyilir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
