Maskdan gözlənilməz etiraf | Milyarderin bu hərəkəti Trampı sevindirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı iş adamı İlon Mask ABŞ-nin Hökumət Səmərəliliyi Departamentində işinin çox olması səbəbindən Ağ Evdə gecələyir.
Bu barədə yerli mediada məlumat yayılıb.
Xəbəri Maskın özü də təsdiq edərək bildirib ki, DOGE-də görüləcək işlər çox olduğundan Ağ Evdəki ofisində yatır.
ABŞ Prezidenti Tramp isə Maskın və onun bir neçə həmkarının Ağ Evdə gecələdiyini öyrəndikdən sonra onlara təşəkkür məktubu ünvanlayıb.
“Əgər indiki vəzifənizdə qalmağı seçsəniz, Amerika xalqına imkanlarınız daxilində xidmət göstərsəniz, təkmilləşdirilmiş federal işçi qüvvəsinin bir hissəsi kimi sizinlə işləməyə davam etməkdən məmnun olarıq. Hazırda biz sizə vəzifənizin və ya agentliyinizin dəqiqliyi ilə bağlı tam təminat verə bilmərik, lakin vəzifəniz ləğv olunarsa, sizə ləyaqətlə yanaşılacaq və bu vəzifələr üçün nəzərdə tutulan hüquqlarınızın müdafiəsi lazımi qədər təmin ediləcək”, – deyə məktubda qeyd olunub.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
