Maya Sandu Zelenski və xanımı ilə birlikdə Kiyevdə Xatirə Kompleksini ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Moldova Prezidenti Mayya Sandu Kiyevə səfər edib. O, bu barədə rəsmi sosial media hesabında bildirib.
"Bu gün Ukraynanın Avropa yolu üçün həlledici məqam olan “Avromaydan”ın başlanmasından 10 il ötür. Prezident Volodimir Zelenski və Yelena Zelenskaya ilə birlikdə mən azadlığın tərəfdarlarını və bunun uğrunda fədakarlıq edənləri hörmətlə yad etdim. Onların irsi yaşayır", – deyə Moldova Prezidenti paylaşımında qeyd edib.
Qeyd edək ki, “Avromaydan”, daha sonra isə Ləyaqət İnqilabı adlandırılan bu hadisə 2013-cü ilin noyabrın 21-də Kiyevin Müstəqillik Meydanında başlayan etiraz aksiyasıdır. Nümayişlər hökumətin Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişinin imzalanmasına hazırlığı dayandırmasına cavab olaraq keçirilib və aylarla davam edib.
Yüzdən çox silahsız insanın öldürüldüyü bu inqilab 2014-cü ilin fevralın 24-də prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnib.
#Moldova teqi istifadə olunub
- Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI
- Rusiyanın hücumları nəticəsində Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsi vurulub - Baku TV CANLI
- "Öz səslərini mənə etibar etdilər" | Şərqi Avropanın azərbaycanlı meri - Baku TV
- ”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV
- “Hamıya yazığım gəlir...” | Moldovanlardan Rumıniyaya birləşmək təkliflərinə reaksiya - Baku TV
