"Mayın 5-dən 6-na keçən gecə sükut rejimi elan edirik" | Ukrayna Prezidenti
Yeniliklərdən dərhal xəbərdar olun
"Mayın 5-dən 6-na keçən gecə atəşkəs rejimi tətbiq ediləcək".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-də və 9-da İkinci Dünya müharibəsində qələbə münasibətilə Rusiyanın atəşkəslə bağlı təklifinə cavab olaraq bildirib.
"Bu günə qədər Ukraynaya Rusiya sosial şəbəkələrində bəyan edilən hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. Hesab edirik ki, insan həyatı hər hansı bir ildönümünün qeyd edilməsindən müqayisəolunmaz dərəcədə daha böyük dəyərdir. Bununla bağlı olaraq, mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən sükut rejimi elan edirik. Həmin vaxta qədər olan müddət ərzində sükutun başlanmasını təmin etmək tamamilə realdır. Göstərdiyim gündən başlayaraq güzgü prinsipi ilə hərəkət edəcəyik", – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Ukraynaya qarşı müharibəni başa çatdırmaq üçün real addımlar atmasının vaxtı çatıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
