Pleyeri seçin:

Media oxucularını təəccübləndirən xəbər | Ukraynalı hərbi ekspertdən maraqlı açıqlama

28 may 2024 519 baxış

“Ukraynada qadınların bəziləri ərini hərbi komissarlığa təhvil verib və əvəzində pul mükafatı alıb”.

Sosial medianın Ukrayna seqmentində bu tip xəbərlərə hər ötən gün daha çox rast gəlinir. Hətta “Ərini orduya göndər, əvəzində mükafat al” başlıqlı paylaşım da mediada sürətlə tirajlanır.

Bəziləri bununla ukraynalı kişilərin müharibədən qaçıb gizləndiyi məsələsini qabardır, bəziləri də qadınların bunu pul üçün etdiyini qeyd edirlər.

Məsələ ilə bağlı ukraynalı hərbi ekspert Aleksandr Kovalenka Baku TV-yə açıqlamasında bildirib ki, hazırda ölkədə ordu, səfərbərlik və müharibə çox həssas mövzulardandır. Ona görə də belə xəbərləri ciddiyə almamaq lazımdır:

“Bu, birmənalı olaraq qarşı tərəfin propaqandasıdır. Qloballaşan dünyada xəbərləri internet üzərindən yaymaq çox güclü alətə çevrilib. Məqsədyönlü şəkildə Ukrayna cəmiyyətində ordudan yayınma hallarını qabardaraq kişilərin cəbhəyə getməkdən çəkindiyi fikri formalaşdırılır. Əfsuslar olsun ki, konstitusiyamızın üzünü heç açmayan və vətənə borcunu unudan insanlar var. Ordudan da yayınma hallarına rast gəlinir.

Bu tərz xəbərlər və videoların yayılmasında xüsusi bir məqama diqqət yetirmək istəyirəm. İcazənizlə sizə bildirim ki, bütün bu foto, video və məlumatlar eyni yerdən maliyyələşən insanların havadarlığı ilə yayılır. Sadəcə olaraq onu deyim ki, “ərini ver, pul qazan” xəbərləri yumordan başqa bir şey deyil. Çünki Ukrayna hərbi komissarlığında yoldaşlarını təhvil verən qadınlara heç kim pul ödəməyəcək.

Bu, sadəcə hüquq çərçivəsində öz əksini tapmayan fikirlərdən biridir. Amma məsələnin ən məyusedici tərəfi ondan ibarətdir ki, bu manipulyasiyalara uyanlar bizim də cəmiyyətdə var və onlar özləri də bilmədən bu təbliğatın sürətlə yayılmasına xidmət etmiş olurlar".

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2 ildən çoxdur davam edir.

Moskvaya dron yağışı: Eskalasiya nüvə həddinə çatır? - AKTUAL GÜNDƏM

Moskvaya dron yağışı: Eskalasiya nüvə həddinə çatır? - AKTUAL GÜNDƏM

Dünya
20 iyun 2026 519 baxış
Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV

Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV

Dünya
20 iyun 2026 519 baxış
İrlandiyalı alimlər vaksin hazırlayıb

İrlandiyalı alimlər vaksin hazırlayıb

Dünya
20 iyun 2026 519 baxış
Müharibənin təsiri artıq Moskvanın daxilində hiss olunmağa başlayıb - Baku TV

Müharibənin təsiri artıq Moskvanın daxilində hiss olunmağa başlayıb - Baku TV

Dünya
20 iyun 2026 519 baxış
Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Rusiya Xarkovu vurdu | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI

Dünya
20 iyun 2026 519 baxış
İqlim dəyişikliyi ötən il 3 mindən çox insanın ölümünə səbəb olub

İqlim dəyişikliyi ötən il 3 mindən çox insanın ölümünə səbəb olub

Dünya
20 iyun 2026 519 baxış
“Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil” | Makron

“Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil” | Makron

Dünya
20 iyun 2026 519 baxış
Rusiya dialoqa hazırdır | Müharibənin taleyi necə olacaq?

Rusiya dialoqa hazırdır | Müharibənin taleyi necə olacaq?

Dünya
20 iyun 2026 519 baxış
“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

“İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı

Dünya
20 iyun 2026 519 baxış
"2-3 həftəlik bombardman...” | Tramp yeni əməliyyatların anonsunu verdi? - Baku TV

"2-3 həftəlik bombardman...” | Tramp yeni əməliyyatların anonsunu verdi? - Baku TV

Dünya
20 iyun 2026 519 baxış
Seçilmişlər
icon