Medvedev Ukraynaya mühüm təklif etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın, həqiqətən də, ehtiyacı olan şey sülhə yol aça bilən kapitulyasiyadır. Lakin nə Vaşinqton, nə də Kiyev bunu istəmir”.
Bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında bildirib.
“Parçalanmış ölkənin səngərlərindəki əzab çəkən insanlara, həqiqətən də, yalnız təslim olmaq lazımdır ki, bu, bəlkə də, sülhə yol açacaq. Amma nə Vaşinqton, nə də Kiyev sülh istəmir”, – o yazıb.
D.Medvedyev qeyd edib ki, Kiyev əks-hücumunun ət zavodu dayanmadan işləyir və minlərlə bədbəxtləri qırğına göndərir.
“Lakin zavodun işi artıq tükənmiş, tənəzzül mərhələsinə qədəm qoymuş Kiyev rejiminə kömək etməyəcək”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini fikirlərini yekunlaşdırıb.
D.Medvedevin sözündən, dolaşıq və metaforalarla zəngin qeydlərindən belə çıxır ki, müharibədə ölən yalnız ukraynalılardır, rus əsgərlərinə isə heç nə olmur.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
