Pleyeri seçin:

Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

07 avqust 2026 327 baxış

ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi “Meta” şirkətinə yetkinlik yaşına çatmayan istifadəçilərinin əqli sağlamlığına dəyən zərərə görə 567 milyon dollar ödəməsi barədə qərar çıxarıb.

“Reuters” və “Associated Press”in məlumatına görə, qərar şirkətə qarşı iddianın ikinci mərhələsinin bir hissəsi olaraq verilib. Ümumi məbləğin 420 milyon dollar uşaqlar və yeniyetmələr üçün psixoloji dəstək proqramlarının maliyyələşdirilməsinə sərf olunacaq. Qalan vəsait növbəti beş il ərzində informasiya kampaniyaları, profilaktika proqramları, risklərin müəyyən edilməsi xidmətləri və digər tədbirlər üçün ayrılıb.

Daha əvvəl məhkəmənin birinci mərhələsində hakimlər heyəti şirkətin platformalarının uşaqların əqli sağlamlığın mənfi təsirindən xəbərdar olduğunu və istifadəçiləri yetkinlik yaşına çatmayanları cinsi istismardan kifayət qədər qorumadığını müəyyən edərək “Meta” şirkətinin 375 milyon dollar cərimə ödəməsi barədə qərar çıxarıb.

Məhkəmə həmçinin “Meta” şirkətinə gənc istifadəçilər üçün əlavə təhlükəsizliyi tədbirləri tətbiq etməyi, o cümlədən yeniyetmələrin “Facebook” və “Instagram”dan istifadə vaxtını məhdudlaşdırmağa, bildirişlərə nəzarət, arzu olunmayan yetkinlərlə yetkinlik yaşına çatmayanların təmaslarına qarşı müdafiəni gücləndirməyi və süni intellekt çat botları üzərində əlavə nəzarəti həyata keçirməyi planlaşdırıb.

Nyu-Meksikonun baş prokuroru Raul Torres əvvəllər “Meta” şirkətini gənc istifadəçilərdə asılılıq yaradan xüsusiyyətlər formalaşdırmaqla və uşaqları öz platformalarında istismar olunmaqdan kifayət qədər qorumamaqda ittiham edib. “Meta” şirkəti zərərli məzmunu silmək və xidmətlərinin təhlükəsizliyini artırmaq üçün işlərini davam etdirdiyini vurğulayaraq məhkəmənin qərarından apelyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Banner
Rusiyanın NATO-dan 1997-ci il sərhədlərinə qayıtmaq tələbi reallaşa bilər? - Baku TV CANLI

Rusiyanın NATO-dan 1997-ci il sərhədlərinə qayıtmaq tələbi reallaşa bilər? - Baku TV CANLI

Dünya
25 noyabr 2026
Polşanın növbəti addımı nə olacaq?

Polşanın növbəti addımı nə olacaq?

Dünya
25 noyabr 2026 46 baxış
Varşava Moskvaya sərt nota verdi | Kremlə qarşı növbəti addım nə olacaq? - Baku TV

Varşava Moskvaya sərt nota verdi | Kremlə qarşı növbəti addım nə olacaq? - Baku TV

Dünya
25 noyabr 2026 72 baxış
İran TRIPP-ə qarşı çıxdı, Moskva bu mübarizədə hansı mövqeyi tutacaq? - AKTUAL GÜNDƏM

İran TRIPP-ə qarşı çıxdı, Moskva bu mübarizədə hansı mövqeyi tutacaq? - AKTUAL GÜNDƏM

Dünya
25 noyabr 2026 83 baxış
Volodimir Zelenski: “Putini də götürüb Kiyevə gəlsin”

Volodimir Zelenski: “Putini də götürüb Kiyevə gəlsin”

Dünya
25 noyabr 2026 71 baxış
Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu deyib

Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu deyib

Dünya
25 noyabr 2026 84 baxış
Sülh sazişi, yoxsa yeni hərbi yardım?

Sülh sazişi, yoxsa yeni hərbi yardım?

Dünya
25 noyabr 2026 91 baxış
5 min illik şəhərdə gizli tikili tapıldı

5 min illik şəhərdə gizli tikili tapıldı

Dünya
25 noyabr 2026 98 baxış
Alimlər ekoloji fəlakətlə bağlı xəbərdarlıq etdi

Alimlər ekoloji fəlakətlə bağlı xəbərdarlıq etdi

Dünya
25 noyabr 2026 98 baxış
Arxeoloqlar 413 qiymətli artefakt aşkarladı

Arxeoloqlar 413 qiymətli artefakt aşkarladı

Dünya
25 noyabr 2026 88 baxış
Seçilmişlər
icon