Pleyeri seçin:
Məkkənin Hira bölgəsində “Qurani-Kərim” muzeyinin açılışı
Məkkənin Hira bölgəsində yerli sakinlərin və ziyarətçilərin dini və mədəni təcrübəsini zənginləşdirmək üçün nəzərdə tutulmuş “Qurani-Kərim” muzeyinin açılışı olub.
Məkkə şəhəri və müqəddəs yerlər üzrə kral komissiyasının nəzarəti və dəstəyi ilə hazırlanmış muzey müasir texnologiyalar əsasında təşkil olunub.
Ziyarətçilər nadir əlyazmalar kolleksiyası, “Qurani-Kərim”in tarixi nüsxələri və Quranın tarix boyu qorunub saxlanılmasını göstərən interaktiv vizual nümayişlərlə tanış ola bilərlər.
Kopyalandı
