Əməliyyat ABŞ-nin iştirakı olmadan həyata keçirilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya bu həftə qoşunlarını Qrenlandiyaya göndərəcək.
Bu barədə "Bild" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, adaya əvvəlcə Bundesver qoşunlarından ibarət qabaqcıl qrup göndəriləcək. Qrup artıq yanvarın 15-də yola düşə bilər.
İddia edilir ki, rəsmi olaraq Avropadan olan NATO ölkələri Qrenlandiyadakı iştiraklarını genişləndirir. Lakin əməliyyat NATO strukturları vasitəsilə deyil, Kopenhagendən əlaqələndirilir, çünki Qrenlandiyaya nəzarət edən Danimarka da daxil olmaqla, alyansın Skandinaviya ölkələri ABŞ-nin Norfolk şəhərindəki qərargahının komandanlığı altındadır.
"Bild" qeyd edir ki, əməliyyatın ABŞ-nin iştirakı olmadan həyata keçirilməsi planlaşdırılır. Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
