Pleyeri seçin:

Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

16 iyun 2026 387 baxış

"ABŞ ilə İran arasında razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər".

İran Prezidenti Məsud Pezeşkian belə deyib.

O əlavə edib ki, memorandumun təfərrüatları münasib vaxtda açıqlanacaq.

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar da məsələyə münasibət bildirib. O qeyd edib ki, İslamabad ABŞ və İran arasındakı münaqişənin həllində irəliləyişi möhkəmləndirməyə yönələn istənilən səyləri dəstəkləməyə hazırdır.

"Pakistan ABŞ ilə İran arasında əldə edilən anlaşmanı səmimi qəlbdən alqışlayır. Həll olunmuş məsələlər üzrə danışıqlar davam etdiyi üçün Pakistan bu irəliləyişi möhkəmləndirmək məqsədilə bütün səyləri dəstəkləməyə hazırdır", – deyə İshaq Dar vurğulayıb.

Pakistanlı nazir tərəflər arasında əldə edilən razılaşmaların beynəlxalq ictimaiyyətə ümidverici bir siqnal göndərdiyini və qlobal iqtisadi sabitliyə töhfə verdiyini xatırladıb.

"ABŞ və İran arasında qarşılıqlı anlaşmanın əldə edilməsi diplomatiya və sağlam düşüncənin qələbəsidir". Bu barədə isə Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi açıqlama verib.

"Bütün beynəlxalq ictimaiyyət İran və ABŞ arasında anlaşma memorandumunu alqışlamalıdır. Bunun mümkün olmasına kömək edən hər kəsə böyük təşəkkürümü bildirirəm. Bu, diplomatiya və sağlam düşüncənin vaxtında qazandığı qələbədir", – deyə o sonda bildirib.

Qeyd edək ki, İran və ABŞ arasında anlaşma memorandumu layihəsi 14 maddədən ibarətdir.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 387 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 387 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 387 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 387 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 387 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 387 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 387 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 387 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 387 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 387 baxış
Seçilmişlər
icon