Pleyeri seçin:
Mən hesab edirdim ki, danışıqlar aparmaq daha yaxşıdır | Pezeşkiandan açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei İslam Respublikasının ABŞ ilə danışıqlar aparmasına qarşı çıxıb”.
IRNA Agentliyinin məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Mən hesab edirdim ki, danışıqlar aparmaq daha yaxşıdır, ali rəhbər dedi ki, biz ABŞ ilə danışıqlar aparmayacağıq. Amma biz problemləri həll etmək üçün uyğun yollar tapmalıyıq”, ‒ deyə Prezident vurğulayıb.
Məsud Pezeşkian əlavə edib ki, danışıqlara inanır, lakin ölkə Seyid Əli Xamenei tərəfindən müəyyən edilmiş mövqedə qalacaq.
“Mənim öz qənaətlərim ola bilər, amma ali rəhbər istiqaməti müəyyən etdiyi halda, biz ona uyğunlaşmalıyıq”, ‒ deyə o qeyd edib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
