Merts: “Avropa iqtisadiyyat və müdafiə sahəsində daha müstəqil olmalıdır”

03 fevral 2026 286 baxış

Almaniya kansleri Fridrix Merts qlobal çağırışlar və sarsıntılar fonunda Avropanın iqtisadiyyat, müdafiə və texnologiya sahələrində daha müstəqil olmasının vacibliyini bəyan edib.

Merts bu fikirləri “Deutsche Börse” şirkətinin Eşborn şəhərində keçirdiyi qəbul zamanı səsləndirib.

Onun sözlərinə görə, hazırda dünya ən yüksək siyasi qeyri-müəyyənlik və sabitliyin pozulduğu mərhələdən keçir və bu, dərin dönüş nöqtəsidir. Kansler bildirib ki, beynəlxalq arenada getdikcə daha çox güc mərkəzləri formalaşır və bu dövlətlər bəzən qaydaları pozmaqla güc siyasəti yürüdür.

Almaniya kansleri vurğulayıb ki, avropalılar birlikdə və qətiyyətlə hərəkət etsələr, qlobal proseslərə təsir göstərə və gözlədiklərindən daha böyük nəticələr əldə edə bilərlər. Onun sözlərinə görə, Avropa özünü müstəqil şəkildə müdafiə edə bilməli, Avropa biznesi üçün daha rəqabətqabiliyyətli şərait yaratmalı və texnoloji baxımdan kənar asılılıqları azaltmalıdır.

Merts qeyd edib ki, transatlantik münasibətlər dəyişib və bu, təəssüf doğurur. Bununla belə, onun fikrincə, keçmişə nostalji ilə baxmaq mövcud problemlərin həllinə kömək etməyəcək. Kansler hesab edir ki, Avropa qlobal transformasiya dövründə öz rolunu oynamaq üçün təşəbbüsü indidən ələ almalıdır.

Eyni zamanda Fridrix Merts Avropa İttifaqında vahid kapital bazarının yaradılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, avropalılar bu bazarın formalaşmasına mane olan baryerləri aradan qaldırmalı və bununla da rəqabət qabiliyyətini artırmalıdır.

Kansler bildirib ki, açıq və inkişaf etmiş Avropa kapital bazarı gələcəkdə perspektivli və inkişaf edən gənc şirkətlərin ABŞ fond bazarları deyil, məhz Avropa və Almaniya birjalarına çıxmasına imkan yaradacaq.

Rusiya Ukraynanın əsas müdafiə xəttini yarmağı planlaşdırır

Rusiya Ukraynanın əsas müdafiə xəttini yarmağı planlaşdırır

Dünya
22 mart 2026 286 baxış
İran ABŞ-nin mümkün hücumuna qarşı mövqeyini açıqladı - Baku TV

İran ABŞ-nin mümkün hücumuna qarşı mövqeyini açıqladı - Baku TV

Dünya
22 mart 2026 286 baxış
"HMS Anson" nüvə sualtı qayığı Ərəbistan dənizinə çatdı - Baku TV

"HMS Anson" nüvə sualtı qayığı Ərəbistan dənizinə çatdı - Baku TV

Dünya
22 mart 2026 286 baxış
İran ABŞ-nin mümkün hücumuna qarşı mövqeyini açıqladı - Baku TV CANLI

İran ABŞ-nin mümkün hücumuna qarşı mövqeyini açıqladı - Baku TV CANLI

Dünya
22 mart 2026 286 baxış
Tramp İrana vaxt qoydu | ABŞ-dən sərt xəbərdarlıq - Baku TV

Tramp İrana vaxt qoydu | ABŞ-dən sərt xəbərdarlıq - Baku TV

Dünya
22 mart 2026 286 baxış
Tramp İrana vaxt qoydu | ABŞ-dən sərt xəbərdarlıq - Baku TV CANLI

Tramp İrana vaxt qoydu | ABŞ-dən sərt xəbərdarlıq - Baku TV CANLI

Dünya
22 mart 2026 286 baxış
Arad və Dimonada partlayışlar | İran-İsrail gərginliyi pik həddə - Baku TV

Arad və Dimonada partlayışlar | İran-İsrail gərginliyi pik həddə - Baku TV

Dünya
22 mart 2026 286 baxış
"Gerçək vəd-4" əməliyyatının 72-ci dalğası | İrandan sərt xəbərdarlıq - Baku TV

"Gerçək vəd-4" əməliyyatının 72-ci dalğası | İrandan sərt xəbərdarlıq - Baku TV

Dünya
22 mart 2026 286 baxış
"NATO bizə kömək etməyə cəsarət göstərməyib" | ABŞ-nin atəşkəs etməyə niyyəti yoxdur - Baku TV

"NATO bizə kömək etməyə cəsarət göstərməyib" | ABŞ-nin atəşkəs etməyə niyyəti yoxdur - Baku TV

Dünya
22 mart 2026 286 baxış
ABŞ İran üçün yeni planını işə saldı - Baku TV CANLI

ABŞ İran üçün yeni planını işə saldı - Baku TV CANLI

Dünya
21 mart 2026 286 baxış
Seçilmişlər
icon