Məşhur amerikalı aktrisanın İrana səfəri qalmaqal yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin məşhur porno ulduzu Uitni Rayt Tehrana səfər edib. Bu barədə xarici KİV məlumat yayıb.
O, paytaxtın müxtəlif əhəmiyyətli obyektlərində çəkdirdiyi hicablı fotolarını sosial şəbəkə hesablarında paylaşıb.
Onun Tehranın Sədabad sarayında və ABŞ-nin Tehrandakı keçmiş səfirliyinin binasında çəkdirdiyi hicablı fotolarını paylaşması iranlı sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılamayıb.
İstifadəçilər Tehran hakimiyyətinin İsrailə qarşı mövqeyi ilə tanınan Uitni Raytdan özünün hakimiyyət və siyasi-ideoloji təbliğatı üçün istifadə etdiyini yazıblar.
İranlı istifadəçilərin çoxsaylı şikayətləri nəticəsində porno ulduzun intaqram hesabında paylaşdığı bir çox postlar silinib.
“O paylaşımlarda heç bir problem yox idi, ancaq bir qrup radikal və qorxulu qrupların şikayətlərinə görə silindi. Sizlər insanları öldürən İsraili həyasızcasına müdafiə etdiyiniz halda məndən paylaşımlarımı silməyi istəyirsiniz. O fotolardan bəziləri insanları Quran oxumağa dəvət edən İranın rəhbəri barədə idi”, – U.Rayt gileylənib.
Porno ulduzun İran İslami Təbliğat Təşkilatı tərəfindən Tehrana dəvət edildiyi bildirilsə də, adıçəkilən təşkilat bununla bağlı açıqlama verməyib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
