Məşhur türkiyəli aktrisa çinlilərin diqqət mərkəzində
Yeniliklərdən dərhal xəbərdar olun
Çində bir universitetin genetika laboratoriyasında məşhur türkiyəli aparıcı, müğənni və aktrisa Defne Samyelinin dərisinin ətraflı müayinəsi aparılacaq.
Araşdırma çərçivəsində D.Samyelinin dərisinin genetik quruluşu və xüsusiyyətləri elm adamları tərəfindən təhlil ediləcək.
Xiamen Universitetinin bir qrup tədqiqatçısı dünyanın müxtəlif ölkələrindən genetik mənşəli və dəri gəncliyi ilə bağlı müxtəlif ölkələrdən olan insanların nümunələri ilə tədqiqatlar aparır. Bu dəfə də D.Samyeli araşdırmaçıların diqqətini çəkib.
Türkiyənin genetik müxtəlifliyini və dəri gəncliyinə təsirini ortaya çıxaracaq bu araşdırmanın nəticəsi elm aləmində maraqla gözlənilir.
Universitetin çağırışı ilə Pekinə yola düşəcək 51 yaşlı aktrisa təxminən 4 min nəfərin qarşısında dəri sağlamlığı və gözəlliyi mövzusundakı konfransda çıxış edəcək.
