Pleyeri seçin:

Minabda məktəbə endirilən zərbə üçün kompensasiya tələbi | İranın Moskvadakı səfirindən açıqlama

17 mart 2026 524 baxış

İran ABŞ və İsraildən Minab şəhərində məktəbə endirilən zərbəyə görə kompensasiya tələb etməyi planlaşdırır.

Bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, bu məsələ ilə bağlı tələblər artıq beynəlxalq instansiyalara göndərilib.

Cəlali qeyd edib ki, İranın xarici işlər naziri Abbas Əraqçi, demək olar, hər gün beynəlxalq təşkilatlara məktublar və mesajlar göndərərək onların hadisəyə reaksiya verməsini tələb edir.

Səfir bildirib ki, hazırda beynəlxalq hüquq ciddi şəkildə pozulub və ABŞ ilə İsrailin hərəkətlərini açıq şəkildə pisləyən beynəlxalq təşkilat tapmaq çətindir.

O həmçinin İrana qarşı münaqişənin başlanması qərarının da araşdırılmasının vacib olduğunu vurğulayıb.

“Onlar niyə bu addımı atdılar? Biz amerikalılarla danışıqlar aparırdıq və normal həyatımızı yaşayırdıq. Danışıqların ortasında isə bizə hücum etdilər. Bu, faciə və fəlakətdir. Beynəlxalq ictimaiyyət bu aqressiyanı pisləməli və buna reaksiya verməlidir”, – deyə Cəlali bildirib.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 524 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 524 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 524 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 524 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 524 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 524 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 524 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 524 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 524 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 524 baxış
Seçilmişlər
icon