Minsk-Varşava arasında gərginlik pik həddə
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Belarusla Polşa arasında gərginlik pik həddə çatıb. Rəsmi Varşava Belarus helikopterlərinin Polşanın hava məkanını pozmasından sonra sərhədə əlavə qüvvələr göndərdiyini bildirib.
Yerli mətbuatın məlumatına görə, Polşa kəndliləri Belarus Ordusuna məxsus 2 hərbi helikopterin kəndin üzərindən uçaraq ölkə ərazisinin 3 km-ə qədər dərinliyinə daxil olduğunu bildirib. Hadisə ilə bağlı Polşa Belarusa nota verib.
Belarusun xüsusi işlər vəkili Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. NATO və Varşava arasında telefon əlaqəsi saxlanılıb. Polşa hökuməti təcili toplantı keçirib. Hesab edilir ki, atılan addımlar Polşanı təxribata çəkmək cəhdidir, rəsmi Varşava bəyan edir ki, Putinin heç bir şantajına boyun əyməyəcəklər.
Belarus Müdafiə Nazirliyi isə bildirib ki, Belarus helikopterləri Polşa sərhədini pozmayıb, Varşavanın bəyanatı sərhəd yaxınlığında qüvvələrin toplanmasına haqq qazandırmaq üçün lazımdır.
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
