Miqrantlar videoya çəkiləcək və… | Rusiyadan daha bir gözlənilməz xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada əcnəbilərin ölkədən deportasiya prosesinin videoya çəkilməsi təklif edilib.
Ölkə mediasının yaydığı məlumata görə, bu barədə normativ hüquqi aktların layihələri portalında yerləşdirilmiş sənəddə qeyd olunub.
Layihə Rusiyada Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən hazırlanıb və icraçılara tapşırılan vəzifələrin yerinə yetirilməsi zamanı audio, foto, video qeydiyyat vasitələrindən istifadəni nəzərdə tutur.
“Video çəkilişi cinayət işləri və inzibati xətalar üzrə istintaq hərəkətləri zamanı, Federal Məhkəmə İcraçıları Xidməti müəssisələrinin mühafizəsi zamanı, həmçinin əcnəbi vətəndaşların Rusiyadan sərhəd-keçid məntəqəsinə qədər deportasiyası zamanı həyata keçiriləcək. Prosesin bütün iştirakçıları videomüşahidə vasitələrindən istifadə barədə məlumatlandırılmalıdırlar.
Qeydiyyat vasitələri ilə əldə edilən materiallar yazıldığı gündən etibarən ən azı 30 gün saxlanılacaq. İnzibati xətaların sənədləşdirilməsi zamanı hərəkətlərin qeydə alınması halında isə saxlama müddəti ən azı altı ay olacaq”, – deyə sənəddə vurğulanıb.
Qeyd edək ki, Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə bağlı bir neçə qanun layihəsi qəbul edilib.
#Rusiya teqi istifadə olunub
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
