Miqrantlarla bağlı yeni qayda | Rusiya onlardan tələb edəcək ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyasına yollanmaq istəyən miqrantlarla bağlı yeni qərar qəbul ediləcək.
Belə ki, ölkəyə iş dalınca gələn miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaqlar.
Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi əmək miqrantları üçün rus dili imtahanına şifahi hissə əlavə edilməsi təklifini dəstəkləyib.
Rusiyada təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmət “Rosobrnadzor” iş icazəsi və ya patent almaq üçün müraciət edən əcnəbilərin rus dili imtahanının şifahi hissəsinin tətbiqi təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
Prezident yanında İnsan Haqları Şurasının rəhbəri Valeri Fadeyev təklif olunan təşəbbüsü bəyənib, lakin bildirib ki, hər bir miqrantın iş ixtisasını nəzərə almaq lazımdır, çünki onların çoxuna yalnız minimal rus dilini bilmək kifayət edir.
Qeyd edək ki, bu günə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı-test formasında imtahan veriblər.
#Rusiya teqi istifadə olunub
- Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI
- Rusiyaya qarşı sanksiya ABŞ-nin özünə zərbə vuracaq? - Baku TV CANLI
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
