Mirzoyan hər şeyi açıqladı | Aİ viza rejimi ilə bağlı Ermənistana...
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsi prosesi gedir”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprin xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması və Avropa Sülh Aləti çərçivəsində Ermənistana dəstək verilməsi qərarı daha sıx əməkdaşlığın, daha geniş mənzərənin yalnız iki nümunəsidir. Hazırda biz Aİ ilə münasibətlərimizi əhəmiyyətli dərəcədə dərinləşdirmək prosesindən keçirik, bizim yeni tərəfdaşlıq gündəliyimiz var. İstifadə oluna biləcək yeni mexanizmlər və alətlər üzərində düşünür və çalışırıq”, – deyə erməni nazir söyləyib.
A.Mirzoyanın sözlərinə görə, Ermənistan təkcə Aİ ilə deyil, ABŞ ilə də hərbi sahədə birgə proqram üzərində işləyir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
