Misir və Qətərdən yeni layihə təklifi | Yaxın Şərqdə atəşkəs
HƏMAS lideri Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs təklifi ilə razılaşdığını bildirib. Bu barədə hərəkatın rəsmi “Telegram” kanalında məlumat verilib.
“Əl-Cəzirə” telekanalı isə danışıqların detalları ilə bağlı bildirib ki, atəşkəs İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur:
“Qətər və Misirin vasitəçiliyi ilə irəli sürülən təklif hər biri 42 gün davam edəcək üç mərhələdən ibarət nizamlanmanı nəzərdə tutur”.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza ilə bağlı danışıqlar üçün bütün variantları nəzərdən keçirdiyini bildirib.
Öz növbəsində Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.